Rusiya Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıtmaqla bağlı istənilən addımını alqışlayacaq.
Teleqraf.com xəbər verir ki, bunu RİA Novosti-yə müsahibəsində xüsusi tapşırıqlar üzrə səfir, Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Mikael Ağasandyan deyib.
“Şübhə yoxdur ki, biz Daşkəndin təşkilatımızla bağlı hər hansı mümkün addımını, o cümlədən təşkilata tamhüquqlu üzvlüyün bərpasını yalnız alqışlayacağıq”, – Ağasandyan bildirib.
O, Özbəkistanın 2012-ci ildə KTMT-yə üzvlüyünün dayandırılmasına baxmayaraq, Rusiyanın etibarlı tərəfdaşı və KTMT-yə üzv olan bütün dövlətlər üçün dost ölkə olaraq qaldığını vurğulayıb.
Bundan əvvəl KTMT ölkələri Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə daxil olan dövlətləri xaricdə silah yerləşdirməməyə çağırıb.