Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili dekabrın 9-da keçiriləcək məhkəmədə iştirak edə bilməyəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, sabiq prezident səhhəti ilə əlaqədar prosesdə iştirak etməyəcəyini söyləyib.
Sosial mediadakı paylaşımında sərhədi keçməsinə kömək edən şəxslərin təzyiqlərə məruz qaldığını qeyd edən Saakaşvili bildirib ki, onlar dərhal azadlığa buraxılmalıdırlar.