9 Dekabr 2021 20:57
1 420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün görüşəcək ABŞ və İsrailin müdafiə nazirləri İranla nüvə danışıqlarının bərpası uğursuz olacağı təqdirdə, Tehranın nüvə obyektlərini məhv etmək üçün ən pis ssenariyə hazır olmasına imkan verəcək hərbi variantları müzakirə edəcəklər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb.

İsrailin müdafiə naziri Benni Qantz bu gün Vaşinqtonda amerikalı həmkarı Lloyd Ostinlə görüşəcək. Qantzla görüş Pentaqon rəsmilərinin oktyabrın 25-də ABŞ prezidentinin müşaviri Ceyk Sallivanla brifinqindən sonra planlaşdırılıb. Pentaqon məlum görüşdə Sallivana İranın nüvə silahı istehsal etmək imkanlarını aradan qaldırmaq üçün mövcud olan bütün hərbi variantlar barədə məlumat verib.

“Röyter”in məlumatına görə, ABŞ və İsrailin bu gözlənilməz hazırlığı İranla yeni nüvə sazişi imzalamaq üçün aparılan danışıqların nə qədər çətin olacağı ilə bağlı yaranan narahatlığa cavabdır.

İranla yeni danışıqlar ötən həftə başlayıb. Britaniya Xarici işlər naziri Liz Truss bunun İranın sazişi imzalaması son şansı olduğunu deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər