Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Co Baydenlə telefon danışığının bəzi detallarını açıqlayıb.
Teleqraf.com xəbər ki, Zelenski bildirib ki, telefon danışığı zamanı Co Baydenin V. Putinlə görüşü, Ukraynada islahatlar və Donbas münaqişəsinin həlli məsələləri müzakirə edilib.
Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak bildirib ki, danışıq 1.5 saat çəkib.
Ukraynanın dövlət başçısı şəxsi “Tvitter” hesabında da danışıq barədə məlumat verib.