İsveçrə mütəxəssisləri Almaniya ilə sərhəddəki Reyn çayı üzərindəki avtomobil körpüsünü minalardan təmizləyib.
Publika.az-ın “Der Spiegel” nəşrinə istinadən verdiyi məlumata görə, beləliklə “soyuq müharibə” və Varşava blokunun tank armadalarının müdaxiləsi haqqında narahatlıqlardan imtina edilib.
Rəsmi məlumatlara görə, körpünün dayaqlarında təxminən iki min mina-tələlər olub. “Soyuq müharibə”nin SSRİ-nin dağılması ilə 1991-ci ildə qurtarmasına baxmayaraq, isveçrəlilər 2007-ci ilə qədər körpüləri minalamaqda davam ediblər. 2006-cı ildə istifadəyə verilən Reynfelde avtomobil körpüsü də İsveçrə ordusu tərəfindən minalanmışdı.
“Der Spiegel” nəşri bildirir ki, körpünün minalardan təmizlənməsi işləri hələ 16 oktyabrda başa çatıb, ancaq bu haqda media yalnız indi xəbər tutub. Hərbi tarixçi Herxard Vissanın məlumatına görə, isveçrəlilər körpülərdən başqa bütün Almaniya-İsveçrə sərhədini minalayıblarmış.