14 Dekabr 2021 10:39
1 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ordusunun Suriyada rəsmi qeydlərdə gizlətdiyi qətliam üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, “Nyu-York Tayms” qəzeti Suriyada çoxsaylı mülki qırğınlara imza atan və 20 nəfərdən ibarət “Talon Anvil” adlı hərbi birləşməsini ifşa edib.

“Talon Anvil” 2014-2019-cu illər arasında fəaliyyət göstərib və İŞİD-ə qarşı əməliyyatlarda saysız-hesabsız mülki vətəndaşın həyatını itirdiyi hava hücumları təşkil edib. “Qanuni müdafiə” pərdəsi altında həyata keçirilən hava hücumlarında “Hellfire” raketləri və lazerlə idarə olunan bombalarla yüklənmiş ABŞ istehsalı “Reaper” və “Predator” dronlarından istifadə olunub. ABŞ rəsmiləri kəşfiyyat məlumatlarına baxmayaraq birləşmənin qanlı hücumlarına məhəl qoymayıblar.

ABŞ-ın əməliyyatların sürətini artırmaq üçün belə yola əl atdığı bildirilib.

ABŞ-ın bölgədə təlim keçdiyi və hərbi texnika ilə təchiz etdiyi PKK/YPG terrorçularından əldə edilən kəşfiyyat məlumatları dinc insanların kütləvi şəkildə öldürüldüyü hücumların əsasını təşkil edib.

Birləşmənin İŞİD-ə qarşı həyata keçirdiyi hücumlarda 112 min bomba atılıb.

Keçmiş kəşfiyyatçıların ifadələrinə görə, “Talon Anvil” içərisində 50 nəfərin olduğu bir binaya hücum əmrini verib. Birləşmənin həyata keçirdiyi qırğınları gizlətmək üçün dron kameralarının hücumun digər tərəfinə yönəldildiyi və dəlillərin ört-basdır edildiyi bildirilib.

“Talon Anvil”in qərargahının İraqın şəhərində yerləşdiyi deyilib.


Müəllif: Mənsur Rəğbətoğlu