16 Dekabr 2021 12:55
1 500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa-Rusiya birgə missiyası Marsın səthinin altında su aşkar edib.

Teleqraf.com xəbər verir ki, Günəş sisteminin ən böyük kanyonu olan Valles Marineris planetin ekvatorunun cənubunda yerləşir.

Valles Marineris Yerdəki Böyük Kanyondan təxminən 10 dəfə uzun, 5 dəfə dərindir.

Avropa Kosmos Agentliyi (ESA) kanyonda Hollandiya ölçüsündə su hövzəsinin yerləşdiyini açıqlayıb. Su ESA və Rusiyanın “Roskosmos” kosmik agentliyinin birgə layihəsi olan “ExoMars Trace Gas Orbiter” tərəfindən aşkar edilib.

Peyk kanyonun səthinin bir metrdən az dərinliyində böyük həcmdə hidrogen aşkarlayıb. Kəşf bölgədəki suyun buz şəklində ola biləcəyini göstərir.

Bu, Marsda tapılan ilk su hövzəsi deyil. ESA bundan əvvəl Marsın qütb bölgələrində potensial su anbarları tapdığını açıqlamışdı. ESA-ya görə, tapılan yeni suBununla belə, son tapıntı, ESA tapılan yeni suyun istifadə oluna biləcəyini iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər