17 Dekabr 2021 09:44
2 479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının (BMT) insan haqları üzrə ekspertləri Mərakeş hökumətini uyğur türkü İdris Həsənin insan hüquqları pozuntuları riski ilə üzləşdiyi Çinə ekstradisiya qərarını dayandırmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, BMT-nin İşgəncələrlə mübarizə üzrə mütəxəssisi Nils Melzer, İnsan haqları və terrorla mübarizə üzrə nümayəndəsi Fionnuala Ni Aolain daxil olmaqla bir qrup ekspertin etdiyi müraciətdə Mərakeş məhkəməsi tərəfindən terror fəaliyyətində ittiham olunan İdris Həsənlə bağlı qərara baxılması istənilib.

Açıqlamada məhkəmənin ekstradisiya qərarından dərin narahatlıq duyulduğu vurğulanıb. Ekspertlər xəbərdarlıq ediblər ki, həm də insan haqları müdafiəçisi olan Həsən Çinə ekstradisiya edilərsə, əsassız həbs, itkin düşmə, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza riskləri ilə üzləşə bilər.

Bəyanatda işgəncə və qeyri-insani rəftara məruz qalacağı uyğur türkü Həsənin Çinə ekstradisiyasının beynəlxalq hüququn pozulması olduğu qeyd edilib.

2012-ci ildən Türkiyədə yaşayan uyğur fəal İdris Həsən iyulun 19-da Mərakeşə səfəri zamanı saxlanılıb və Çinə ekstradisiyası gözlənilir.


Müəllif: Nemət

Oxşar xəbərlər