ABŞ Prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində yenidən namizədliyini irəli sürməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin mətbuat katibinin müavini Karina Jan-Pyer deyib.
Jan-Pyer jurnalistlərə açıqlamasında ABŞ-ın vitse-prezidenti Kamala Harrisin “Wall Street”ə verdiyi müsahibədə “Biz Baydenlə heç vaxt namizədlik məsələsini müzakirə etməmişik” açıqlamasına münasibət bildirib.
“Harris və Baydenin nə danışdıqlarını sizə söyləyə bilmərəm, amma indi deyə bilərəm ki, Bayden bunu istəyir. 2024-cü ildə yenidən namizəd olmağı planlaşdırır”, - Ağ Ev rəsmisi vurğulayıb.
Jan-Pyer əlavə edib ki, Bayden yenidən Harrisin vitse-prezident olmasını üçün nəzərdən keçirə bilər.