“Rusiya tərəfinin təcili olaraq federasiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə ABŞ-ın cavabına ehtiyacı var, çünki vəziyyət çətindir”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə açıqlamasında deyib.
“Düşünürəm ki, onlar prosesi ləngitməyə çalışacaqlar və buna təcili ehtiyacımız var, çünki vəziyyət çox çətindir, kəskindir və bunu daha da mürəkkəbləşdirməyə meyllidirlər”, - diplomat qeyd edib.
Onun sözlərinə görə, Rusiya tərəfi tərəddüd edə bilməz və dərhal danışıqlara başlamağa hazırdır.
Rusiya Xarici İşlər Nazirliyi dekabrın 17-də Rusiya ilə ABŞ və NATO arasında təhlükəsizlik təminatlarına dair saziş layihəsini yayımlayıb. Layihənin bəndlərindən biri təklif olunur ki, NATO alyansın Ukrayna ərazisinə qədər genişlənməməsinə təminat versin.