18 Noyabr 2014 11:55
1 590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qüdsdə yəhudilərin dini ayini yerinə yetirməsi zamanı sinaqoqa basqın edilib.

Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, basqın zamanı 5 yəhudi həyatını itirib, 9-u isə ağır yaralanıb.

Həkimlər yaralıların vəziyyətinin ağır olduğunu açıqlayıblar.

Yayılan məlumatlara görə, bu gün səhər saatlarında iki fələstinli balta və bıçaqla sinaqoqa hücum təşkil edib.

Bildirilir ki, hücum edənlər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən güllələnib.

Rəsmilər isə baş verənləri terror aktı kimi qiymətləndirib.

Samir


Müəllif: