Rusiyanın Həştərxan şəhərində koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın baş verib.
Teleqraf.com-un məlumatına görə, hadisə nəticəsində 2 nəfər həlak olub.
Yanğın reanimasiya şöbəsində palataların birində baş verib. Hadisəyə qısaqapanmanın səbəb olduğu bildirilib.
Xəstəxanadan 18 xəstə və 16 əməkdaş təxliyə olunub. Onların arasında xəsarət alan olmayıb.