27 Dekabr 2021 10:04
1 366
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan sərhəd qüvvələrinin son həftə ərzində Əfqanıstanın cənubundakı sərhəd kəndlərinə onlarla minaatan mərmisi atdığı bildirilib.

Teleqraf.com xəbər veruir ki, bu barədə Talibanın Xalid bin Vəlid Korpusunun komandiri Əbu Dukan açıqlama verib.

O, Pakistan hərbçilərinin son 2 həftə ərzində Şultan rayonunun Çuqam kəndinə onlarla minaatan mərmisi atdığını iddia edib. Əfqanıstanın hər cür “təcavüz”ə cavab verməyə hazır olduğunu söyləyən Dukan bununla bağlı bölgədə sərhədə dəstək qüvvələrinin yerləşdirildiyini və hərbi texnikalarla təmin edildiyini bildirib.

Əbu Dukan Pakistandan Əfqanıstan ərazisinə hücumlarını dərhal dayandırmağı tələb edib.

Talibanın müvəqqəti hökumətinin Müdafiə Nazirliyi sərhəddən atılan hər güllə cavab verəcəklərini və bu məsələyə biganə qalmayacaqlarını açıqlayıb. Sərhəddə gərginliyin artdığı vaxtda Taliban silahlı qüvvələrinin baş qərargah rəisi Kari Fəsihuddin Fitrət Əfqanıstan-Pakistan sərhəd xəttinə gedərək araşdırmalar aparıb.

Əfqanıstan və Pakistan arasında şimal-şərqdən cənub-qərbə uzanan 2640 kilometrlik sərhədi təşkil edən “Durand xətti” 1893-cü ildə Hindistanının o zamankı xarici işlər naziri Ser Mortimer Durandla Əfqanıstan şahı Əmir Əbdürrəhman Xan arasında razılaşma ilə müəyyən edilib. Pakistan Durand xəttini beynəlxalq sərhəd kimi tanısa da, Əfqanıstan onu tanımır. Bu səbəbdən iki ölkənin hərbi qüvvələri arasında sərhəddə davamlı olaraq toqquşmalar baş verir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər