“Biz Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşırıq”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
Nazir regionda sülhün tərəfdarı olduqlarını vurğulayıb: “Bizim regionlarla bağlı ayrıca siyasətimiz yoxdur, biz sülh tərəfdarıyıq, biz gərginliyi diqqətlə izləyirik. Regionda vəziyyətin sabit qalmasını istəyirik. Biz Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşırıq”.