30 Dekabr 2021 21:43
12 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

Omikron ştammı ilə əlaqədar yenilənən ölkələrə giriş qaydalarına əsasən, türkiyəli sərnişinlərin İspaniya, Hollandiya və İsveçrə də daxil olmaqla 7 Avropa ölkəsinə qəbul edilməyəcəyi açıqlanıb.

Teleqraf.com xəbər verir ki, Mülki Aviasiya Baş İdarəsi (SHGM) COVID-19 tədbirləri çərçivəsində ölkəyə giriş cədvəlini yeniləyib.

Yenilənmə çərçivəsində bir çox ölkələrə, xüsusən də Avropa ölkələrinə giriş şərtləri dəyişdirilib.

Omikron variantına görə verilən qərara uyğun olaraq Hollandiya, Xorvatiya, İspaniya, İslandiya, İsveçrə, İtaliya və Lüksemburqa türk sərnişinlərin qəbul edilməyəcəyi açıqlanıb.

Bu arada İsveçə səyahət etmək istəyən sərnişinlər peyvənd kartı təqdim etdikdə ölkəyə daxil ola biləcəklər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər