31 Dekabr 2021 13:40
1 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təklifləri hərbi üstünlük əldə etmək cəhdlərindən imtina prinsipinə əsaslanan yeni sazişlər sisteminin yaradılmasına və qanuniləşdirilməsinə yönəlib.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RİA Novosti” agentliyinə müsahibəsində bildirib.

O qeyd edib ki, ABŞ-la saziş layihəsi və NATO ilə təhlükəsizlik təminatlarına dair razılaşma NATO-nun şərqə hər hansı növbəti irəliləyişini və Rusiya sərhədləri yaxınlığında, xüsusilə Ukraynada rusları təhdid edən silah sistemlərinin yerləşdirilməsini istisna etmək üçün nəzərdə tutulmuş paket xarakterlidir.

Onun sözlərinə görə, saziş layhələri bir çox başqa elementləri ehtiva edir və nəticədə çox etibarlı, qanuni olaraq məcburi təhlükəsizlik təminatlarını təşkil etməlidir.

“Bizim təkliflərimiz 1990-cı illərdə bütün Avro-Atlantik dövlətlərin rəhbərləri tərəfindən yekdilliklə təsdiq edilmiş təhlükəsizliyin bölünməzliyi və hərbi üstünlüyə nail olmaq cəhdlərindən imtina prinsipinə əsaslanan yeni sazişlər sisteminin yaradılmasına və qanuniləşdirilməsinə yönəlib. Xüsusi vurğulamaq istərdim ki, bizə hüquqi cəhətdən məcburi təminat lazımdır, çünki qərbli həmkarlarımız sistematik olaraq siyasi öhdəlikləri yerinə yetirmirlər, o cümlədən sovet və Rusiya rəhbərliyinə verilən şifahi təminat və vədlər yerinə yetirilməyib”, - deyə S.Lavrov əlavə edib.

Rusiya dekabrın 17-də ABŞ-la müqavilə layihəsini və NATO-ya üzv dövlətlərlə Avropada təhlükəsizliyin qarşılıqlı təminatı, orta və qısa mənzilli raketlərin çatma zonasında yerləşdirilməməsinə dair müddəaları özündə əks etdirən saziş layihələrini dərc edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər