Mavritaniya İslam Respublikasının Prezidenti, 65 yaşlı Mohamed uld Qazvani koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə "Sahara Media" informasiya portalı məlumat yayıb.
Dövlət başçısının xəstəliyi soyuqdəymə əlamətlərinin yoxlanılmasından sonra təsdiqlənib.
Portal qeyd edib ki, hazırda Qazvanidə COVID-19-un yüngül əlamətləri mövcuddur.