Qazaxıstanın Janaozen şəhərindəki qaz emalı zavodunun direktoru Nakberqen Tulepov saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Kazinform" məlumat yayıb.
Maliyyə Monitorinqi Agentliyi Janaozendəki zavodun rəhbərinin heç bir səbəb olmadan qazın qiymətini qaldırdığını bildirib.
Faktla bağlı ibtidai araşdırma aparılır.