Qərb artıq Krımın Rusiyaya birləşdirilməsi ilə barışıb.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bunu keçmiş SSRİ prezidenti Mixail Qorbaçov bildirib. Onun sözlərinə görə, Krım Rusiyanın ayrılmaz hissəsidir: “Krımı Rusiyadan ayırmaq olmaz. Krım Rusiyanın övladıdır”.
Bir həftə əvvəl Berlinə səfəri çərçivəsində Almaniya kansleri Angela Merkellə görüşən Qorbaçov iki ölkə arasında münasibətləri yeni səviyyəyə çatdırmağın təqdirəlayiq hal olduğunu diqqətə çatdırıb.
Samir