8 Yanvar 2022 13:44
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova KTMT sülhməramlı qüvvələrinin Qazaxıstana yeridilməsinə etiraz edən ABŞ Dövlət katibi Entoni Blinkenə cavab verib.

Teleqraf.com xəbər verir ki, Zaxarova Blinkenin rusların girdikləri yerdən çətin çıxarılması ilə bağlı açıqlamasını şərh edib.

“Əgər Entoni Blinken tarix dərslərini çox sevirsə, qoy o, bunu da desin: əgər amerikalılar sizin evinizə giriblərsə, qarət edilmək, təcavüzə uğramamaq və sağ qalmaq çətin ola bilər. Bunu bizə yaxın keçmiş yox, bütün 300 illik Amerika dövlətçiliyi öyrədir. Şimali Amerika qitəsinin yerliləri, koreyalılar, vyetnamlılar, iraqlılar, panamalılar, yuqoslavlar, liviyalılar, suriyalılar və bu çağırılmamış qonaqları öz evlərində görmək istəməyən bir çox bədbəxt insan bu barədə çox şey danışa bilər”, - Zaxarova bildirib.

Zaxarova Blinkenin açıqlamasını “pis niyyət” adlandırıb.

Bundan əvvəl Entoni Blinken Qazaxıstan hakimiyyətinin ölkədəki iğtişaşların yatırılması üçün KTMT və Rusiyanın hərbi qüvvələrindən kömək qərarına münasibət bildirib. O, Rusiyanın girdiyi yerdən çətin çıxarıldığını deyib: “Yaxın tarixin bizə öyrətdiyi dərslərdən biri odur ki, əgər ruslar sizin evinizə giribsə, onları buradan çıxarmaq bəzən çətin olur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər