İranda ötən sutka ərzində 1 480 nəfər koronavirusa (COVID-19) yoluxub, 31 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 131 878 nəfərə, yoluxanların sayı isə 6 206 405 nəfərə çatıb. Virus daşıyıcılarından 1 775 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 6 051 812 nəfər koronavirusdan sağalıb, 42,8 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 123 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 60,1 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52,6 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 10,2 milyon təşkil edir.