Rusiyanın Müdafiə naziri Sergey Şoyqu erməni həmkarı Suren Papikyanla telefonda danışıb.
Teleqraf.com xəbər verir ki, nazirlər söhbət zamanı Qazaxıstandakı vəziyyəti müzakirə ediblər.
Tərəflər Mərkəzi Asiya ölkəsindəki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı qüvvələrinin fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.