10 Yanvar 2022 22:49
462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamentinin sədri, italiyalı deputat David Sassoli xəstəxanaya yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, ona “immun sisteminin pozuntusu” diaqnozu qoyulub. D.Sassolinin iştirak etdiyi bütün tədbirlər təxirə salınıb.

İtaliya Demokrat Partiyasının nümayəndəsi, keçmiş jurnalist olan D.Sassoli 2019-cu ilin iyul ayında 2 il yarımlıq müddətə AP sədri seçilib. Ötən ay 65 yaşlı siyasətçi sözügedən vəzifəyə namizəd olmayacağını açıqlamışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər