11 Yanvar 2022 08:05
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusun "deltakron" ştamı virusun iki variantının birləşməsi deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Xəstəliklər Bölməsinin texniki qrupunun rəhbəri Mariya van Kerkhove özünün tviterdəki hesabında yazıb.

O, həmçinin "deltakron" adından istifadə olunmamasını təklif edib. Təşkilat rəsmisi hesab edir ki, "deltakron" laboratoriya səhvi nəticəsində ortaya çıxıb.

ÜST nümayəndəsi qrip və COVID-19-un eyni vaxtda xəstəlik mənasını verən “deltakron”, eləcə də “fluron” anlayışından istifadə etməməyə çağırıb.

"Bu sözlər virusların variantların birləşməsini nəzərdə tutur, amma bu baş vermir. "Deltakron” yəqin ki, ştamların ardıcıllaşdırması zamanı çirklənmədir", - o tviterdə yazıb.

Qeyd edək ki, koronavirusun ilk dəfə Kiprdə aşkarlanan yeni ştamının daha əvvəl məlum olan iki variantın – “delta” və “omikron” variantlarının kombinasiyası olduğu bildirilirdi. Buna görə də yeni ştam törədicilərinə müvafiq olaraq “deltakron” adlandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər