Qazaxıstanın Almatı şəhərinin komendantlığının informasiya mərkəzi yanvarın 11-də səhər saatlarına şəhərdəki vəziyyətlə bağlı məlumatı təqdim edib.
Teleqraf.com xəbər verir ki, qurum xüsusi əməliyyatların Auezov, Alatau və Medeu rayonlarında, Ojet mikrorayonunda, Almatı Beynəlxalq Hava Limanına yaxın yaşayış massivində həyata keçirilidiyini qeyd edib.
"Terror aktlarının, talanların və digər cinayətlərin ümumilikdə 1237 iştirakçısı saxlanılıb. 31 ədəd odlu silah və 1428 sursat götürülüb.
Keçid məntəqələrində əməliyyat marağı olan 38 nəfər saxlanılıb. “102” konsoluna ümumilikdə 608 mesaj daxil olub. Komendaturanın çağrı mərkəzinə vətəndaşlar tərəfindən operativ reaksiya verilməsi tələbi ilə 253 siqnal daxil olub, onların hamısı müvafiq qaydada həll olunub", - məlumatda bildirilir.