15 Yanvar 2022 13:42
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın Avropada təsir sahələrinin inşa etməsi cəhdlərini rədd edirik. Nə tarixin yenidən yazılması, nə də zamanda geriyə qayıdılması mümkün deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Avropa Birliyinin xarici əlaqələr üzrə ali nümayəndəsi Cozef Borelli Fransada keçirilən üzv dövlətlərin müdafiə nazirlərinin qeyri-rəsmi görüşündən sonra deyib.

“Biz Avropa təhlükəsizliyinin əsasını təşkil edən fundamental prinsipləri bir daha təsdiqləyirik”, - deyən Borrell bildirib ki, bunlar xüsusi olaraq Helsinki Yekun Aktı və Paris Reqlamenti ilə müəyyən edilib və biz onlara riayət etməyə razılaşmışıq: “Biz tərəfdaşlarımız, Rusiya tərəfindən təhdid edilən Ukrayna və Şərqi Avropa ölkələri ilə həmrəy olduğumuzu bir daha təsdiqləyir və münaqişələrin sülh yolu ilə həlli üçün mövcud mexanizmi dəstəkləyirik”.

Borrell əlavə edib ki, onlar Rusiyanı şiddətlə və qətiyyətlə gərginliyi azaltmağa çağırır: “Ukraynaya istənilən hərbi hücumun böyük nəticələri və ciddi xərcləri olacaq. Buraya tərəfdaşlarımızla razılaşdırılaraq qəbul ediləcək məhdudlaşdırıcı tədbirlər daxildir”.

Avropa Birliyinin ali nümayəndəsi qeyd edib ki, onlar ABŞ və NATO ilə koordinasiyalı fəaliyyətdədir: “Hər görüşdən əvvəl və sonra əməkdaşlıq etdik. Bu, şübhəsiz ki, təşəkkür edilməli bir şeydir, çünki bəzi tənqidlərdən əvvəl biz bütün bu prosesdə çox iştirak etmişik və ABŞ bizi möhkəm tərəfdaşlar kimi görməyə tam sadiqdir. Biz ABŞ və NATO ilə koordinasiyanı daha da gücləndirmək və ATƏT çərçivəsində Avropa İttifaqı əməkdaşlığını inkişaf etdirmək barədə razılığa gəldik. Üzv dövlətlər məndən Ali Nümayəndə kimi bu əlaqələri NATO, ABŞ və ATƏT çərçivəsində bu üç iş qütbü ilə əlaqələndirməyimi xahiş edirlər”.

Sonda Ali nümayəndə deyib ki, problemləri Rusiya ilə dialoq yolu ilə həll etmək istəyindədir: “Ümumiyyətlə, Rusiya ilə dialoqa açığıq, lakin azadlığımızdan, suverenliyimizdən, müstəqilliyimizdən və fundamental dəyərlərə hörmətimizdən heç vaxt imtina etməyəcəyik”.


Müəllif: Nemət

Oxşar xəbərlər