17 Yanvar 2022 10:13
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan Prezidenti Katerina Sakellaropulu ölkəsinin heç bir şəkildə Türkiyəyə qarşı geri addın atmayacağını elan edib.

Teleqraf.com xəbər verir ki, o Yunanıstan və Türkiyənin barış içində var olmasını arzuladığını bldirsə də, Türkiyənin qəbuledilməz tələblərinə qarşısı geri addım atmayacaqlarını bildirib.

“Pontus” iddiaları ilə bağlı Sakellaropulu deyib ki, tarixi həqiqətləri qəbul etmək cəsarət və özünü dərk etmək işidir.

Ötən həftə Yunanıstan prezidenti Afinada inşa edilməsi planlaşdırılan “Surmene World Pontic Hellenism Sarayı”nın təqdimat mərasimindəki çıxışında “Pontik ellinizminin taleyi faciəvidir. İnsanlar doğulduğu yerləri tərk edib miqrasiya yoluna getməli olublar” ifadəsini işlədib.

Türkiyə Xarici İşlər Nazirliyi də yunan prezidentin fikirlərinə reaksiya verərək deyib ki, əsassız açıqlamaları təəssüflə qarşılayırlar. Əlavə edilib ki, Anadoluya girib işğala cəhd edənin Yunanıstan tərəfi olub, Qərbi Anadolu bölgəsində günahsız dinc əhali olmaqla insanlığa qarşı vəhşi cinayətlər törədilib.

Lozanna müqaviləsinin maddələrini və Avropa İnsan Haqları Məhkəməsinin Qərbi Trakyadakı türk azlığının hüquqları ilə bağlı qərarlarını yerinə yetirməyən Yunanıstan Türkiyədən yunan azlığının hüquqlarına hörmət etməsini istəyir.


Müəllif: Nemət

Oxşar xəbərlər