Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) paytaxtı Əbu-Dabidə neftlə dolu üç tanker partlayıb.
Teleqraf.com xəbər verir ki, paytaxt polisi hadisələrin pilotsuz təyyarə hücumu ola biləcəyini bildirib.
Hücum nəticəsində 3 nəfərin öldüyü, 6 nəfərin yaralandığı açıqlanıb.
Məlumata görə, neftlə dolu üç tanker “ADNOC” neft firmasının anbarlarının yaxınlığındakı Musaffah sənaye zonasında partlayıb.
İranın dəstəklədiyi husilərə qarşı qurulan ərəb koalisiyası husilərin dronlardan istifadə edərək hücum etdiklərini müəyyən edib. Husilər isə BƏƏ-də baş verən hadisələrin təfərrüatlarını yaxın saatlarda açıqlayacaqları barədə məlumat mesajı verib.
“BƏƏ-yə qarşı əməliyyatın təfərrüatlarını paylaşacağıq”, - mesajda deyilir.