19 Noyabr 2014 20:23
2 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror qruplaşması İraqda ələ keçirdiyi mövqeləri sürətlə itirməkdədir.

Yerli qaynaqlar və hərbi səlahiyyətlilərdən alınan məlumata görə, ABŞ liderlik etdiyi koalisiya güclərinin hava hücumları, kəşfiyyat dəstəyi, hərbi təhsil və silah köməkləri sayəsində İraqdakı döyüş vəziyyəti ordu qüvvələrinin lehinə dəyişməyə başlayıb.

Teleqraf.com “TRT Haber”ə istinadən məlumat verir ki, qarşıdurmaların davam etdiyi Mosul, Ənbar, Səlahəddin, Kərkük və Diyalada bir çox mahal, nahiyə və kənd İŞİD-dən azad edilib.

Ərbil, Kərkük və Bağdad istiqamətində irəliləyişi dayandırılan artıq müdafiəyə keçərək geri çəkilmək məcburiyyətində qalıb.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər