20 Yanvar 2022 23:38
1 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son üç gündə İngiltərə Hərbi Hava Qüvvələrinə məxsus C-17A “Globemaster III” ağır hərbi-nəqliyyat təyyarəsi ilə Ukraynaya səkkiz uçuş həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, növbəti ZZ171 təyyarəsi bu gün gecə saatlarında Kiyev yaxınlığındakı Borispol aerodromuna çatıb.

İngilis təyyarələri İngiltərədəki Brayz Nortondakı hərbi hava bazasından Ukraynaya uçur.

Hər bir C-17A “Globemaster III” 77.5 tona qədər yük daşımaq gücündədir.

İngiltərə müdafiə naziri Ben Uolles bundan əvvəl ölkəsinin Ukraynanı tank əleyhinə silahlarla təmin edəcəyini açıqlayıb.

Son məlumata görə, London indiyədək Ukraynanı 1700-dən çox NLAW tipli tank əleyhinə idarəolunan raketlə təmin edib.

Bundan əlavə, yanvarın 17-də Ukraynanın “An-124” nəqliyyat təyyarəsi ABŞ-ın Hantsvil şəhərindən (Alabama) Lvova çatıb. Hantsvil yaxınlığında ABŞ ordusunun Redston Arsenalı yerləşir. Həmçinin ötən gün Ukraynanın “An-124” təyyarəsi Polşanın Rzeşov şəhərindən Kiyevə yük gətirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər