20 Yanvar 2022 13:19
1 297
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın Almatı şəhərində birinci prezident Nursultan Nazarbayevin adını daşıyan prospektin adı dəyişdirilib.

Teleqraf.com xəbər verir ki, Qazaxıstanın dövlət televiziyasının efirində “Nazarbayev” prospekti köhnə adı ilə – “Furmanov” adlandırılıb.

Xəbər süjeti antiterror əməliyyatının keçirilməsi ilə əlaqədar sözügedən prospektdə hərəkətin məhdudlaşdırılması ilə bağlı olub.

2017-ci ilə qədər Almatıdakı prospect sovet-rus yazıçısı, “Çapayev” romanının müəllifi Dmitri Furmanovun adını daşıyıb. 2017-ci ildə “Nazarbayev” adı verilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər