20 Noyabr 2014 02:16
1 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya dövlət başçısı Vladimir Putin Türkiyə səfərindən öncə maraqlı açıqlamalar verib.

Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, Putin dekabrda Türkiyəyə reallaşdıracağı ziyarət əsnasında prezident Rəcəb Tayyib Ərdoğan ilə birlikdə əlaqələrdə yeni üfüqlər axtaracağını açıqlayıb.

Kremldə aralarında Türkiyənin Moskvadakı yeni səfiri Ümid Yardımın da olduğu xarici diplomatlarla görüşən Putin "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə aramızda çox yaxın dialoq mövcuddur. Dekabr ayında Türkiyədə keçiriləcək konfransa qatılmaq üçn Ankaraya səfərim zamanı əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün birlikdə yeni üfüqlər axtaracağıq" deyib.

Türkiyə ilə Rusiya arasında ildə bir dəfə reallaşdırılan Əməkdaşlıq Şurası toplantısı oktyabrda keçirilməli idi. Ancaq toplantı hər iki tərəfin razılığı ilə dekabra təxirə salınıb.

Ukraynada yaşanan hadisələrdən sonra Putin ilə Ərdoğan arasında reallaşan telefon danışığı xaricində iki ölkə lideri dekabrda Ankarada ilk dəfə bir araya gələcək.

Görüş zamanı ikitərəfli iqtisadi əlaqələrlə yanaşı, Ukrayna böhranı, Krımın Rusiya tərəfindən ilhaqı, Suriya və İraqdakı vəziyyətin də geniş şəkildə müzakirə edilməsi gözlənilir.

Nihad


Müəllif:

Oxşar xəbərlər