27 Yanvar 2022 22:56
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

KTMT-nin baş katibi Stanislav Zas Qırğızıstan və Tacikistan sərhədində baş verənlərlə bağlı tərəfləri dərhal atəşkəsə əməl etməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, bunu KTMT-nin sözçüsü Vladimir Zaynetdinov jurnalistlərə açıqlamasında bildirib.

Zaynetdinovun sözlərinə görə, S.Zas Tacikistan Təhlükəsizlik Şurasının katibi Nasrullo Mahmudzoda və Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Marat İmankulov ilə telefon danışığı aparıb: “KTMT-nin baş katibi Qırğızıstan və Tacikistan sərhədində tərəfləri dərhal atəşkəsə əməl etməyə çağırıb”.

Zas bildirib ki, sərhəddə yenidən toqquşmaların baş verməsi, nəticədə yaralıların olması ciddi narahatlıq doğurur: “Tacikistan-Qırğızıstan sərhədində silahlı qarşıdurma dərhal dayandırılmalıdır. Münaqişə müstəsna olaraq danışıqlar masası arxasında sülh yolu ilə həll edilməlidir. Bununla belə, KTMT Qırğızıstan və Tacikistana münaqişənin həllində lazımi yardım göstərməyə hazırdır. Əminəm ki, hər iki KTMT üzvü olan dövlətin rəhbərliyi bu mürəkkəb sərhəd probleminin həlli üçün qarşılıqlı məqbul yollar tapacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər