1 Fevral 2022 09:48
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Baş naziri Boris Conson Rusiyanın sərhədlərinə qoşun yerləşdirdiyi Ukraynaya səfər edərək dəstəyini nümayiş etdirəcək.

Teleqraf.com xəbər verir ki, baş nazirin mətbuat xidməti Consonun bu gün Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcəyini açıqlayıb.

Səfər zamanı Conson həmçinin Ukraynanın Rusiyanın enerji resurslarından asılılığını azaltmağa kömək etmək üçün 88 milyon funt-sterlinqlik ayrılacağını da açıqlayacaq.

Səfərdən əvvəl açıqlama verən baş nazir deyib:

“Hər bir ukraynalının necə idarə olunacağını müəyyən etmək hüququ var. İngiltərə dost və demokratik tərəfdaş olaraq Ukraynanı məhv etməyə çalışanlara qarşı Ukraynanın suverenliyini qorumağa davam edəcək”.

Conson Rusiyanı diplomatik həll yolu tapmaq və daha çox qan tökülməsinin qarşısını almaq üçün geri çəkilməyə və dialoqa getməyə çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər