2 Fevral 2022 10:06
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun qabaqcıl operativ mübarizə qrupu Rusiya sərhədindən təxminən 60 kilometr aralıda bir həftəlik təlim keçirib.

Teleqraf.com xəbər verir ki, Ukraynanı işğal edəcəyi gözlənilən Rusiyaya qarşı hərəkətə keçən NATO, Rusiyanın mümkün işğalına qarşı hazırlıqlarını davam etdirir. Son açıqlamada Rusiya sərhədi yaxınlığında bir həftəlik hərbi təlimin başa çatdığı açıqlanıb.

NATO-dan alınan məlumata görə, NATO-nun qabaqcıl opeativ mübarizə qrupuna daxil olan İngilis əsgərləri, Polşa ilə Litva arasında, Kalininqrad şəhəri ilə sərhəddən təxminən 60 kilometr uzaqlıqda, Rusiyanın Baltik sahillərində bir həftəlik təlim fəaliyyəti həyata keçirib.

Bəyanatda deyilir ki, NATO-nun bu döyüş qruplarına təyin olunmuş qoşunlar müttəfiq əsgərlərlə birgə işləməyi öyrənməklə yanaşı, öz bacarıqlarını artırmaq üçün mütəmadi olaraq belə təlimlər keçirirlər.

Qeyd edilib ki, qabaqcıl operativ mübarizə qrupunun Polşadan olan komandiri, polkovnik-leytenant Kreyq Broyls gündəlik təlim və hədəf təliminə rəhbərlik edib, NATO daxilində qruplar arasında əlaqəni gücləndirmək üçün imkanlar təcrübəsi artırılıb.

Qeyd edək ki, Rusiya donanmasına aid döyüş gəmiləri ötən həftə Rusiyanın Polşa ilə Litva arasındakı ərazisi Kalininqrad sahillərində təlim keçirib.


Müəllif: Nemət

Oxşar xəbərlər