Yunanıstan Milli Məclisin sədri Yannakis Omiru Ermənistanı ziyarət edib.
Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, Omiru Türkiyə qarşısında ortaq güc yaratmaq üçün Ermənistanla əlaqələrin gücləndiriləcəyini qeyd edib.
Cənubi Kipr ilə Ermənistan arasındakı dostluq əlaqələrindən bəhs edən Omiru iki ölkənin daha ağır şəraitdə yaşamağı bacardığını bildirərək, Cənubi Kipr və Ermənistanın ikitərəfli əməkdaşlıq əlaqələrini gücləndirməsi vacibliyini qeyd edib.
Omiru iştirak etdikləri beynəlxalq cəmiyyətdə türklər qarşısında birgə cəbhə yaradaraq, istər Cənubi Kipr, istərsə də erməni diasporunun dünya miqyasında güc mərkəzlərinə çıxış əldə edilməsinin vacibliyini burğulayıb.
Görüşlər zamanı Ermənistan Milli Məclisinin sədri Qalust Sahakyan yunan nümayəndə heyyətinin 2015-ci ildə ölkəsində “erməni soyqrımı” ilə bağlı keçiriləcək tədbirlərə dəvət edib.
Samir