4 Fevral 2022 16:22
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa ölkələrində neft şirkətlərinə edilən kiber hücumda Almaniyada Oiltanking, Belçikada SEA-Invest və Hollandiyada Evos şirkətlərinin İT sistemləri sıradan çıxarılıb.

Teleqraf.com xəbər verir ki, Avropada bir çox neft şirkəti kiber hücuma məruz qalıb.

Almaniyada Oiltanking, Belçikada SEA-Invest və Hollandiyada Evos şirkətlərinin İT sistemləri kiber hücum nəticəsində sıradan çıxıb.

Firmalar bildiriblər ki, kiber hücumlar həftə sonu baş verib və dünya üzrə neftin saxlanması və daşınmasını həyata keçirən onlarla terminala təsir edib.

Mütəxəssislər hücumların eyni vaxtda baş vermədiyinin ehtimal edildiyini bildiriblər.

Belçika prokurorları isə Antverpendəki SEA-Tank adlı şirkətin ən böyük terminalı da daxil olmaqla SEA-Invest terminallarına təsir edən kiber hücumla bağlı araşdırma başlatdıqlarını açıqlayıb.

Ötən ilin mayında ABŞ-ın neft tədarükçüsü Colonial Pipeline şirkətinə kiber hücum edilib və ölkənin bir çox ştatlarında fövqəladə vəziyyət elan edilib.


Müəllif: Nemət

Oxşar xəbərlər