20 Noyabr 2014 21:05
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatı İnsan Haqları Ali Komissarlığının Amerika, Avropa və Orta Asiya üzrə bölməsinin rəhbəri Gianni Magazzeni BMT-nin Cenevrə Ofisində komissarlığın Ukraynadakı insan haqları pozuntuları ilə bağlı yeddinci hesabatını açıqlayıb.

Magazzeni Krımdakı referendum sonrası dövr və Ukraynada davam edən qarşıdurmalar səbəbi ilə 31 oktyabr tarixinə qədər Krımda 19 min şəxsin didərgin salnıdığını söyləyib. Hesabatda Krımda yerindən edilənlərin 5 min 328-nin uşaq olduğu ifadə edilib.

Krımda mətbuat, yığıncaq, ifadə, din və vicdan azadlıqlarına maneə törədildiyinin nümunələrlə ortaya qoyulduğu hesabat haqqında danışan Magazzeni təzyiqlər nəticəsində yerindən edilən və itən insan sayında da artım yaşandığını vurğulayıb.

Teleqraf.com-un məlumatına görə, hesabatda Rusiyanın Krım Muxtar Respublikasını öz siyasi və hüquqi sisteminə qatmaq üçün inteqrasiya işlərinə davam etdiyi və xüsusilə, Krım tatarlarının bu müddətdə təhdidlərə məruz qaldığı öz əksini tapıb.

Krımdakı insani vəziyyətin hələ də böyük bir problem olmasının vurğulandığı hesabatda Krım tatarlarının 90 faizinin öz ana dillərini danışa bilmədiyi bildirilib.

Ukrayna daxilində 10 sentyabrdan sonra Krımdan həbs olunan 2 min 671 adamın olduğu və onlar 287-nin cəzasını çəkdikdən sonra Krıma geri dönmək istədiyi də hesabatda yer alıb. Burada Krımda tatarların öz dillərini öyrənə biləcəyi iki məktəb olduğu və həftədə yalnız 2 saat dil təhsili ala bildikləri xüsusi qeyd edilib.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər