Rusiya Hərbi Dəniz Qüvvələrinin üç döyüş gəmisi Bosfor boğazından keçərək Qara dənizə üz tutub.
Teleqraf.com xəbər verir ki, döyüş gəmilərini Türkiyə Sahil Mühafizə Xidmətinin katerləri müşayiət edib.
Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Minsk”, “Kalininqrad” və “Korolev” gecə saatlarında Bosfor boğazından keçərək Qara dənizə üz tutub.
Boğaz keçidi zamanı Qara dənizə üzən hərbi gəmiləri Türkiyə Sahil Mühafizə Xidmətinin katerləri müşayiət edib.