11 Fevral 2022 17:05
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Prezidenti İshak Hersoqun mart ayında Türkiyəyə rəsmi səfər edəcəyinə dair yeni iddia ortaya atılıb.

Teleqraf.com xəbər verir ki, iddia İsrail mediası tərəfindən gündəmə gətirilib.

“Yedioth Ahronot” və “Ordu” radiosu İsrail Xarici İşlər Nazirliyinin yüksək rütbəli rəsmisinin ötən ay Türkiyəyə getdiyini bildirib. Təl-Əviv rəhbərliyi hələ prezident Ərdoğanın dəvətini təsdiqləməsə də, İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Alon Uşpizin Hersoqun mümkün səfərinə hazırlıq üçün Türkiyəyə getdiyini qeyd edib.

Uşpizin Ankarada Türkiyə prezidentinin müşaviri İbrahim Kalınla görüşdüyü və İsrailin müvəqqəti işlər vəkili İrit Lillianın da Kalınla yaxın münasibət qurduğu iddiaların içindədir. Uşpizin Türkiyəyə səfəri də iki ölkə arasında tarixi addım kimi qiymətləndirilib, qeyd edilib ki, Uşpiz 6 ildən sonra Türkiyəyə səfər edən ən yüksək vəzifəli İsrail rəsmisidir.

Qeyd edək ki, Ərdoğan və Hersoq arasında son vaxtlar ünsiyət güclənib. Ötən bazar günü Hersoq COVID-19 testi müsbət çıxan prezident Ərdoğana və həyat yoldaşına ən xoş arzularını çatdırıb.


Müəllif: Nemət

Oxşar xəbərlər