12 Fevral 2022 08:45
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) Rusiya ilə gərginlik fonunda Ukraynaya maliyyə dəstəyi ayırıb.

Teleqraf.com xəbər verir ki, Avropa İttifaqı Şurası və Komissiyası tərəfindən hazırlanan maliyyə paketi üzv dövlətlərin nümayəndələri tərəfindən razılaşdırılıb.

Maliyyə paketi Avropa Parlamenti tərəfindən də təsdiqlənməlidir.

Ukraynaya veriləcək 1,2 milyard avro maliyyə dəstəyinin ölkənin iqtisadi böhrandan çıxmasına kömək edəcəyi bildirilir.

Qeyd edək ki, 2014-2021-ci illər arasında Ukraynaya 5 milyard avroluq kredit verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər