12 Fevral 2022 11:47
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putin arasında telefon danışığı Vaşinqton vaxtı ilə bu gün baş tutacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Prezident Bayden və Rusiya Prezidenti Putin bu gün danışacaqlar”, - açıqlamada bildirilib.

Amerika tərəfinin bildirdiyinə görə, Rusiya bu həftənin bazar ertəsi telefon danışığı aparmağı təklif edib. Ağ Ev şənbə günü üçün təklif verib, bundan sonra tərəflər arasında razılaşma əldə olunub.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov da danışıqların bu gün baş tutacağını təsdiqləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər