12 Fevral 2022 20:14
1 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni əsilli rusiyalı rejissor-ssenarist, “Mosfilm”in baş direktoru Karen Şahnazarov Moskvadakı mənzilin bir hissəsi ilə bağlı qızı Annanı məhkəməyə vermək istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Mash” Telegram-kanalı məlumat yayıb.

Ssenarist 36 yaşlı varisi ilə mənzilin yarısına görə məhkəmə çəkişməsinə başlamaq istəyir.

Kanalın məlumatına görə, Şahnazarov məhkəməyə müraciət edib, çünki mənzilin vergi və kommunal xərclərini ödəyib. Söhbət paytaxtın mərkəzindəki yerləşən, "Patriarx gölləri" adlanan ərazidəki mənzildən gedir.

Qeyd olunur ki, Anna Şahnazarova ABŞ-da böyüyüb və rejissor onu 4 yaşından sonra görməyib. Qız hazırda Moskvada yaşayır. Məhkəmə prosesinin təfərrüatları məlum deyil, Şahnazarov özü bu məlumatı şərh etməyib.

Karen Şahnazarov üç dəfə evlənib. Anna rejissorun ikinci evliliyindən dünyaya gəlib. Ana Yelena Setunskaya qızının dörd yaşında olanda ABŞ-a köçüb. Daha sonra Şahnazarov onunla məhkəmə vasitəsilə boşanıb və qızını tərbiyə etmək hüququ alıb, ancaq onu iyirmi il sonra görüb.

“Mosfilm” baş direktorunun üçüncü həyat yoldaşından İvan və Vasili adlı iki oğlu var.


Müəllif: Səxavət

Oxşar xəbərlər