Yəməndə BMT-nin humanitar qurumlarından birinin altı əməkdaşı, o cümlədən bir əcnəbi oğurlanıb.
Teleqraf.com "Yemen News"a istinadla xəbər verir ki, onlar ölkənin cənubundakı Abyan əyalətində bir qrup silahlı şəxs tərəfindən qaçırılıb.
Onlarla birlikdə onları müşayiət edən hərbi polisin əsgərləri də naməlum istiqamətə aparılıb.
BMT nümayəndələri Abyandakı humanitar vəziyyəti öyrənmək üçün əyalətdə işgüzar səfərdə olublar.