ABŞ-ın Nyu-Meksiko ştatının Albukerke şəhərində bıçaqla silahlanmış şəxs ətrafdakı insanlara hücum edib.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli polis departamenti "Twitter" hesabında məlumat verib.
"Polis əməkdaşları yeddi mümkün cinayət törədilən ərazidə araşdırma aparır. Bıçaqlı hücum nəticəsində 11 nəfər xəsarət alıb. Onların hamısının vəziyyəti stabildir. Hadisəni törətməkdə şübhəli bilinən şəxs tək olub və hazırda nəzarət altındadır", - məlumatda bildirilir.
Şəxs şəhərin müxtəlif yerlərində ətrafdakı insanlara hücum edib. O, insanlara xəsarətləri velosipedlə hərəkətdə olarkən yetirib.