Rusiya ilə Ukrayna arasında Donbas bölgəsində başlayan və müharibə həddinə çatan böhranla bağlı yeni açıqlamalar gəlməkdə davam edir. ABŞ mediası fevralın 16-nı müharibə tarixi elan edib. Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının rəhbəri Aleksey Danilov isə Rusiyanın fevralın 16-da ölkəsinə irimiqyaslı hücuma keçməyəcəyini bildirib.
Teleqraf.com xəbər verir ki, Danilov mətbuata açıqlamasında öz ərazilərində baş verən hadisələrdən və risklərdən xəbərdar olduqlarını bildirib.
Vəziyyətin tam nəzarət altında olduğunu bildirən Danilov 16-17 fevral tarixlərində Rusiyadan genişmiqyaslı hücum proqnozlaşdırmadıqlarını bildirib. Yalnız Rusiya tərəfinin təxribat törədə biləcəyini deyən Danilov buna da hazır olduqlarını qeyd edib.