15 Fevral 2022 16:21
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Ukraynada rəsmi təmaslar edən Almaniya kansleri Olaf Şolz bu gün Moskvada rəsmi mərasimlə qarşılanıb.

Teleqraf.com xəbər verir ki, Şolzun Rusiya Prezidenti Vladimir Putinlə görüşü bu saatlarda başlayıb.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makrondan sonra Ukrayna ilə Rusiya arasındakı gərginliyi sakitləşdirmək üçün bölgəyə səfər edən Almaniya kansleri Olaf Şolz Kiyevdən sonra Moskvada müzakirələr aparacaq.

Qeyd edək ki, Almaniya kansleri Kiyevdəki görüşləri zamanı gərginliyi azaltmaq üçün Putinlə görüş keçirəcəyini bəyan edib və Ukrayna sərhədində on minlərlə rus əsgərinin yerləşdirilməsinin anlaşılmaz olduğunu bildirib. Eyni zamanda Ukraynaya hücum olacağı təqdirdə qərb ölkələrinin eyni mövqedən çıxış edəcəyini açıqlayıb.

Xatırladaq ki, əksər siyaətçilər Almaniyanın Ukrayna mövzusunda siyasətini tənqid edirlər.

Analitiklər isə buna qədər Putin-Makron görüşünü II Dünya müharibəsindən öncə, 1938-ci ildə baş tutan Münxen görüşü ilə müqayisə edirlər.


Müəllif: Nemət

Oxşar xəbərlər