15 Fevral 2022 22:13
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) Rusiya Dövlət Dumasının “Donetsk və Luqansk Xalq Respublikaları”nın müstəqil qurumlar kimi tanınmasına dair Prezident Vladimir Putinə müraciət qəbul etməsini qəti şəkildə pisləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell "Twitter" hesabında bildirib.

Aİ-nin Ali Nümayəndəsi qeyd edib ki, bu tanınma Minsk razılaşmalarının açıq şəkildə pozulması olacaq.

“Aİ-nin Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyi və öhdəliyi sarsılmaz olaraq qalır.

Biz Rusiyanı öz öhdəliklərini yerinə yetirməyə və "Normandiya formatı" və Üçtərəfli Təmas Qrupu çərçivəsində xoş niyyətlə əməkdaşlığa çağırırıq”, - Borrell vurğulayıb.

Xatırladaq ki, bu gün Rusiya Duması separatçı "DXR" və "LXR"-in tanınması üçün Putinə müraciət qəbul edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər