Böyük Britaniyanın Müdafiə Qərargahı rəisi Toni Radakin Rusiya-Ukrayna sərhədindəki vəziyyəti müzakirə etmək üçün Birləşmiş Ekspedisiya Qüvvələrinə daxil olan doqquz Avropa ölkəsindən həmkarları ilə görüşüb.
Teleqraf.com-un məlumatına görə, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyindən bildiriblər.
"Birgə Ekspedisiya Qüvvələri Uzaq Şimal, Şimali Atlantika və Baltik dənizində Avropa təhlükəsizliyinin təmin edilməsində öz effektivliyini nümayiş etdirməyə davam edir. Rəqabət və qarşıdurma dünyasında bizim kimi həmfikir ölkələrin ümumi dəyərləri və Avropada təhlükəsizlik və sabitliyin əsasını təşkil edən qayda və azadlıqları müdafiə etmək üçün bir araya gəlməsi çox vacibdir", deyə Böyük Britaniya, Danimarka, Latviya, islandiya, Litva, Niderland, Norveç, Finlandiya, İsveç və Estoniya Baş Qərargah rəislərinin birgə bəyanatında bildirilir.
Qeyd edilir ki, Ukrayna sərhədindəki vəziyyət və Rusiyanın Avro-Atlantik regionunda hərbi fəallığı Böyük Britaniya və Avropadakı müttəfiqlərin və tərəfdaşların birliyinin vacibliyini vurğulayır.
"Biz gələcək planlarımız haqqında məhsuldar danışıqlar apardıq və Şimali Avropanın təhlükəsizliyinə və sabitliyinə sadiqliyimizi bir daha bəyan etdik", - deyə bəyanatda bildirilir.