Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu COVID-19-a yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə nazirin özü açıqlama verib.
Koronavirus analizinin müsbət çıxdığını açıqlayan Çavuşoğlu xəstəliyinin yüngül keçdiyini bildirib.
“Bu gün etdiyim COVID-19 testim müsbət çıxdı. Allaha şükür xəstəliyi yüngül keçirirəm. Bir müddət ara vermədən işimə evdən davam edəcəyəm”, - nazir söyləyib.